Menu

Ermənistanın keçmiş baş naziri saxlanılıb

13.06.2025, 13:19
Ermənistanın keçmiş baş naziri saxlanılıb

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə erməni KİV-ləri Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

O, pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda ittiham olunur.

Qeyd edək ki, O.Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol