Menu

"İNSANLAR QAZIN PULUNU ÖDƏYƏ BİLMİR, DEYİRSƏN Kİ..." - Deputat təklif olunan dəyişikliyi tənqid etdi

13.06.2025, 21:14
"İNSANLAR QAZIN PULUNU ÖDƏYƏ BİLMİR, DEYİRSƏN Kİ..." - Deputat təklif olunan dəyişikliyi tənqid etdi

Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində deputat Əli Məsimli təklif olunan dəyişiklikləri tənqid edib.

O, bildirib ki, rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi “Azəriqaz” İstehsalat Birliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti də bununla xərcləri aradan qaldıra bilməyəcək.

"AzPolitika" xəbər verir ki, deputat Əli Məsimli deyib: “Hansı ölkələrdə istilik, qazla bağlı bu dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə istiliklə, qazla bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar çoxdur. Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə “Azriqaz” və “Azərenerj”inin xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq?

Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazı bağlayırlar, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?! Burda heç bir məntiq görmürəm. Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə gəlirlərimiz də azalacaq, həmin “Azəriqaz”, “Azerenerji” kimi qurumlara dövlət dəstək verə bilməyəcək. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getməkdir”.

Şərhlər

ƏMHU-ya 2025-06-14 21:55:18

Yazdıqlarınızda həqiqət var....

Ramazan 2025-06-14 21:39:16

Qırın millətin belini

Sənan 2025-06-14 17:48:01

İşdə orasındadıki, beynəlxalq təcrübəni misal göstərillər, amma o hissəsi yaddan çıxırki avropada fəhlənin 1 ssatlıq əmək haqqı 20 evro, bizdə isə 2.3 manatdı

Uva 2025-06-14 15:55:44

Əli Məsimli çox doğru deyir,islahat əvəzinə,rifah yaxşılaşdırmaq yerinə insanların zülmünü artırmaqla büdcə artmaz.

Qurban 2025-06-14 15:17:25

Mən ürək sözlərimi yazdım çap eləmədiniz.Xaləa zülm eləməyin, uşaqlara zülm eləməyin.Qaz pulunu isıq pulunu, su pulunu verə bilmirik.Qoymayin pensiyaçılar, uşaqlar yaşasın.5 manat pensiya alirlar, onu da tutun əllərindən alin.Usaqlafida ki, imkan verməyin yaşasınlar, verməyin usaq pulu.Qoyun uşaqlar da qocalar da əziyyət çəksin, sizin nəyivizə lazim.Siz pul qazanın, millət ölsə də olar.Teki sizin cibiviz dolu olsun.

Qurban 2025-06-14 15:04:33

Millətə bu qədər zülm eləmək vicdansizliqdir.Azərisiq, Azəriqaz rəhbərləri az oğurluq eləsinlər, hərəsinin 15-20 villası var, qatarlarında maşın kolleksiyası var.Bəs kasıbın nəyi var, pensiyaçının nəyi var.Bir daxması, bir cani.Onu da verin bu qurumlara, pensiyaçı da olsun, onların nə vecinə.Təki cibləri dolsun, deputatlardan əl çalsın, düz edirsən desinlər.cunki, onlar xalqın deputatı deyillər.

Vətəndaş 2025-06-14 13:01:30

Əli müəllim , Allah köməyiniz olsun.

Fəqan 2025-06-14 10:59:40

Deputatının səsini.sözünü eşitməyən.onun əsaslı çıxışına məhəl qoymaq istəməyən Mlli Məclis hansı miltətin səsini eşdəcək? Bu qurum niyə bu günə salınıb?

Esmira 2025-06-14 10:24:19

Qaz sayqaci 800 yuz manat.Eve blokdan 3 .m turba ile qaz cekmek 400= 1200.m.Bir pensyaci bunu nece etsin? Bu bir faciedir.O 1200 dövlet budcesine gedir?kimse bu probleme el atmalidir.halki bele zulme ducar etmeyin.

Mahir 2025-06-14 09:51:56

Nə olsun ki Əli müəllim, Qafarova birinci əl çaldı ki, təsdiq olundu deyə, özüdə necə sevinərək! bu milləti bu qədər sıxmaq, soymaq görünür qafarivanın ürəyincə oldu, nəbilim vallah, adam şübhələnir!

Amon 2025-06-14 02:54:38

Birazda tenderlerden ve s. aldiqlari rusvete qenaet etseler budce avtomatik olaraq asib dasacaq.her eve cekilen qaza isiga gore texniki sert adiyla aldiqlari bes on min manat arasi rusveti yigisdirin gorun her sey qaydasina dusur ya yox.ve yaxud da neft qiymeti asagi dusende sizde az rusvet alin mesele hell olunsun gorduyunuz kimi variant coxdu.o ki qaldi bu deputata o sadece publikaya oynayir milli meclisde sese qoysalar 1ci bu ses verecek

ƏNHU 2025-06-14 02:18:34

Bizə bir dəstə gürcü lazımdır. Gəlsin bu hökuməti idarə etsin. Bizə insaf, iman, din öyrətsin.Bizimkiləri vəzifəyə qoyan kimi dərhal millətin düşməninə çevrilirlər. Dərhal talana başlayırlar. Gürcüstana rəsmi müraciət olunmalıdır. Ölkədə insaf və məmur qıtlığı hökm sürür. Əlac ona qalıb ki, qonşudan imdad diləyək. Gürcü qardaşlarımızı ölkəyə dəvət edib yüksək postları onlara verək. Bəlkə onların bizə rəhmi gələ.Biz digər ölkə vətəndaşlarının da sosial durumuna fəhm edirik. Görürük ki,belə məşəqqət heç yerdə yoxdur. Heç bir ölkənin məmuru öz doğma xalqına bu qədər qənim kəsilmir. Bu təkcə bizdə göründü. Daha təngə gəlmişik. Qələbə də burnumuzdan töküldü. Mən gürcülərdən kömək istəyirəm. Ay qonşular, gəiln bizi xilas edin. Biz xilas ola bilmirik. Heç olmasa gəlin bizim insafsızları döyün.

Kohne 2025-06-13 22:57:00

BU MILLETE BUDA ASDIR.....

Azər 2025-06-13 21:32:46

Deyəsən. Əli müəllim bilmir ki, həyətlərdə ağac qalmayıb, supulu o qədər yüksəkdi ki, rayonlarda hamının bağı-bağçası susuzluqdan yanır

Roma 2025-06-13 17:51:01

Əli müəllim, Xalq Sizi tanıyır, şəxsiyyətinizə böyük hörmətimiz var, sayılıb seçilən iqrisadçısınız, tutduğunuz mövqeyə görə çox sağ olun, tək-tük Sizin kimi deputat Xalqın, Millətin qeydinə qalar.

ƏDALƏT 2025-06-13 16:14:54

Hami qaz balonlara keçəcək. Ondan sonra hər evdə bir bomba partlayacaq.Bunlar lap aglin itirib

Deputatlara 2025-06-13 15:53:41

Əli müəllim, Sizin ddiklərinizi deputatxanada eşidən varmı? Guya cərimələr büdcəyə köçürülür?Orada xalqı düşünən var? Həyətdəki ağacar qurtarıb.İndi nəyi kəsib yandıracaq?

Rasim Quliyev 2025-06-13 15:29:39

Sizə bir sualım verim.Deyirsiz haqqsızlıqdır bəs biznesmen deputat olmaq haqqdır??Ya bir məmura görə DTX gələndə o qədər varidat çıxır o hardan qazanıb .Adi camaat niyə qazana bilmir??Buna cavab verin Hörmətli deputat

musa imanov 2025-06-13 14:06:37

hormetli deputatimiz bunlar ne yeyirler ne icirler belke siz bilesiniz bu ne biyabirciliqdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol