İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə İsrailin ölkəyə zərbələri nəticəsində öldürülüb.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı SEPAH-ın Mətbuat xidməti yayıb.

Bildirilib ki, Hacızadə və SEPAH-ın daha bir neçə üzvü hücum zamanı həlak olub. Xatırladaq ki, bundan əvvəl, İsrailin “Ynet” portalı israilli hərbçilərin İran Hərbi Hava Qüvvələrinin rəhbərliyinin böyük hissəsini zərərsizləşdirdiyini yazmışdı.