Menu

İsrailin müdafiə naziri Xameneiyə xəbərdarlıq edib

14.06.2025, 13:51
İsrailin müdafiə naziri Xameneiyə xəbərdarlıq edib

İsrailin müdafiə naziri İsrail Katz İran Ali Rəhbəri Əli Xameneiyə xəbərdarlıq edib.

APA xəbər verir ki, bunu Katz IDF Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, Mossad direktoru David Barnea və digər yüksək səviyyəli hərbi rəsmilərlə görüşdə deyib.

İsrail müdafiə naziri bildirib ki, “əgər İsrailə raketlər atılmağa davam edərsə, Tehran yanacaq”.

O bildirib ki, “Xamenei İran vətəndaşlarını girova çevirir və onların İsrail mülki şəxslərinə qarşı cinayət hücumunun ağır bədəlini ödəyəcəkləri bir reallıq yaradır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol