“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir”.
"AzPolitika" xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Onun sözlərinə görə, milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır:
“Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir”, - deyə dövlət başçısı bildirib.

Şərhlər
2ci dünya müharibəsindən Hüquqi Nizam statusunu aşan siyasətin, xüsusilə yeni nizam: İsrail-Fələstin münasibəti və Kremlin Sosialimi özbaşına buraxma faciələri illərlə davam etməkdədir? Ciddi Mühakimə və kəskin Verdiktsiz nizam-düzən (boşuna mütəhərrik) qeyri-müəyyəndir?