Əgər qarşı tərəf aqressiyanı dayandırsa, İran İsrailə zərbələri dayandırmağa hazırdır.

"AzPolitika"-nın məlumatına görə, bunu Tehranda xarici diplomatlarla görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Bizim müdafiəmiz tamamilə qanunidir və güclü mövqedən həyata keçirilir. Təcavüz dayanarsa, təbii ki, bizim cavab tədbirlərimiz də dayanacaq", - o bildirib.

Əraqçı bildirib ki, İran nüvə silahına sahib olmamasını təmin edən sazişi imzalamağa hazırdır.

“Biz İranda nüvə silahının yaranmasının qarşısını almağa yönəlmiş istənilən sazişə hazırıq. Amma əgər sazişin məqsədi İranı onun nüvə hüquqlarından məhrum etməkdirsə, biz belə bir sazişi qəbul etməyəcəyik”, – deyə o, bəyan edib.

Araqçı əlavə edib ki, İran müharibənin digər regionlara yayılmasında maraqlı deyil. 

"AzPolitika.info"