Menu

İranda İsrailin hücumları nəticəsində ölənlərin sayı açıqlandı - Yenilənib

16.06.2025, 00:37
İranda İsrailin hücumları nəticəsində ölənlərin sayı  açıqlandı - Yenilənib

İranda İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində 224 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur bildirib.

***

İranda İsrailin hücumları nəticəsində azı 406 nəfər ölüb, 654 nəfər isə yaralanıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İranda İnsan Haqları Fəalları təşkilatı məlumat yayıb.

“Uzun müddətdir ölkədəki vəziyyəti izləyən İnsan Haqları Fəalları hüquq müdafiə qrupunun məlumatına görə, İsrailin İrana zərbələri nəticəsində azı 406 nəfər həlak olub, daha 654 nəfər yaralanıb. İran hökuməti ümumi itkilərin sayını açıqlamayıb”, – AP qeyd edib.

***

İranda İsrailin hücumları nəticəsində, qadın və uşaqlar daxil olmaqla, azı 128 nəfər ölüb.

“Report” "Etemad" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur bildirib.

O, ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü açıqlayıb. “Ölən və yaralananların dəqiq sayı bəlli deyil, çünki yaralıların əhəmiyyətli hissəsi ordu və Sepah ilə əlaqəli xəstəxanalara köçürülüb, İsrailin hücumlarına uğramış ərazilərin təmizlənməsi isə başa çatmayıb”, – nazirliyin nümayəndəsi vurğulayıb.

O, Səhiyyə Nazirliyinin nəzdindəki xəstəxanalara 900 nəfərin yerləşdirildiyini, onlardan 230-nun evə buraxıldığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol