Menu

İran Netanyahunun villasını hədəf alıb

15.06.2025, 22:05
İran Netanyahunun villasını hədəf alıb

Bu gün İranın endirdiyi zərbələr İsrailin Xadera şəhərindəki elektrik stansiyasını və Baş nazir Benyamin Netanyahun ailəsinin Kesariyadakı iqamətgahını hədəfə alıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat verir.
İran bu gün ilk dəfə olaraq günorta saatlarında İsrail ərazisinə raketlər atıb. Təl-Əviv, Aşkelon və Hayfa şəhərləri raketlə vurulub.

İsrail ordusu bazar günü İran ərazisindən yeni raket buraxılışlarının qeydə alındığını açıqlayıb. Bu səbəbdən ölkə üzrə bütün vətəndaşlara sığınacaqlara yaxın yerdə qalmaq tövsiyə olunub. 

Bu barədə İsrail ordusunun  rəsmi bəyanatında qeyd olunub.

“Hava Hücumundan Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün işə salınıb. Arxa cəbhə komandanlığı bütün İsrail vətəndaşlarına qorunan yerlərin yaxınlığından uzaqlaşmamağı tapşırıb. Açıq havada hərəkət minimuma endirilməli, kütləvi toplanmalardan qaçınılmalıdır”, – deyə bəyanatda vurğulanır.

CNN jurnalistləri xəbər verir ki, Təl-Əvivdə hava hücumu sirenləri səslənib, bu da təkrar zərbələr təhlükəsinin hələ də davam etdiyini təsdiqləyir.

"AzPolitika.info"

Şərhlər

Bəhrami 2025-06-16 10:14:33

Yunanıstanın Sirrtəkindəkinin villasına İran dini rejiminin xalqın zəhməti ilə 44 il boyu boşuna xərclədiyi mərmilər daha yenisinin və mükəmməl mühafizəlilərinin qurulmasına səbəb olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol