Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar məlum olub.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, o, “terrorla mübarizə edən şəxsləri hədəf göstərmək”, “təhqir” və “təhdid” cinayətləri üzrə mühakimə olunub.
Məhkəmə prosesində Əkrəm İmamoğlu və vəkilləri iştirak ediblər. Eyni zamanda, iclasa CHP sədri Özgür Özəl və partiya üzvləri də qatılıblar.
Məlumata görə, keçmiş sədr “dövlət məmuruna qarşı vəzifəsindən dolayı açıq şəkildə təhqir”, “təhdid” və “terrorla mübarizədə vəzifə almış şəxsləri hədəf göstərmək” cinayətlərinə görə 2 il 8 aydan 7 il 4 aya qədər həbs edilə bilər.
Qeyd edək ki, Əkrəm İmamoğlu həmçinin korrupsiya və rüşvətdə ittiham olunur. İstanbul Böyük Şəhər Bələdiyyəsinə rəhbərlik eydyi dövrdə korrupsiya və rüşvət yolu ilə o və ətrafındakı çəxslərin 16 milyard türk lirəsini mənimsədiyi bildirilir. Onunla bərabər həbs olunan bir çox şəxs artıq etirafçı olaraq korrupsiya və rüşvət çarxının necə içlədiyi ilə bağlı ifadələr veriblər.
"AzPolitika.info"


Şərhlər