Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, ölkəsi nüvə məsələsinə son dərəcə məsuliyyətli yanaşır və nüvə-raket proqramları sırf milli müdafiə və təhlükəsizlik məqsədlərinə xidmət edir.
"AzPolitika" xəbər verir ki, nazir, Pakistan hökuməti adından İsrailə nüvə zərbələrinin endirilə biləcəyi ilə baöğlı yayılan xəbərləri təkzib edib.
Bildirib ki, bu cür yalan məlumatların cəmiyyətdə çaşqınlıq yaradır.
Nazir hər kəsi analoji bəyanatlara qarşı ehtiyatlı olmağa və yalnız yoxlanılmış məlumatlara etibar etməyə çağırıb.
Qeyd edək ki, İsrailin nüvə hədələrinə cavab olıaraq Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asıf İsrailin nüvə hədələrinə qarşı “Qərbin İsrailə verdiyi dəstək bölgədə fəlakətlə nəticələnə bilər” deyə xəbərdarlıq edib.
Türkiyə mediası isə məlumat yayıb ki, Pakistan diplomatik kanallar vasitəsi ilə ABŞ və Təl-Əvivə İsrail İrana qarşı nüvə silahı işlədərsə İslamabadın bunun cavabını verəcəyinə dair xəbardarlıq edib.
"AzPolitika.info"


Şərhlər