İsrailin İranın mərkəzi əyalətinin Xomeyn şəhərinə endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı səkkiz əsgəri həlak olub.
“Report” xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir.
“İyunun 16-da səhər saatlarında İsrailin qeyri-sabitliyi təhrik edən hücumları nəticəsində Xomeyni müdafiə edən SEPAH-ın altı hərbçisi və "Bəsic"in iki döyüşçüsü müdafiə missiyasını yerinə yetirərkən öldürülüb", - SEPAH qeyd edib.


Şərhlər