Menu

İsrailin buraxdığı raket nasazlıq səbəbindən Tel-Əvivə düşüb – VİDEO

17.06.2025, 02:41
İsrailin buraxdığı raket nasazlıq səbəbindən Tel-Əvivə düşüb – VİDEO

 İsrailin hava hücumundan müdafiə sistemi çərçivəsində havaya buraxdığı raketlərdən biri texniki nasazlıq səbəbilə hədəfini yayındıraraq birbaşa Tel-Əviv ərazisinə düşüb.

Yerli media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə nəticəsində şəhərdə partlayış səsi eşidilib. Hadisənin dəqiq nəticələri və xəsarət alanların olub-olmadığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hadisə İsrailin hava hücumundan müdafiə sistemində texniki risklərin mövcudluğunu bir daha gündəmə gətirib. Təhlükəsizlik orqanları raketin trayektoriyasını və nasazlığın səbəbini araşdırmağa başlayıb. (Musavat.com )

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol