Hazırda Rusiyanın hücumu nəticəsində bir ABŞ vətəndaşı da daxil olmaqla 15 ölüm faktı məlumdur.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Telegram-da məlumat verib.
O qeyd edib ki, artıq Rusiyanın son raket hücumu nəticəsində ABŞ vətəndaşı da daxil olmaqla 15 ölüm faktı qeydə alınıb, 75-ə yaxın yaralı var, onların arasında uşaqların da olduğu bildirilir.
Kiyev meri Vitali Kliçko ABŞ vətəndaşının ölümü ilə bağlı daha ətraflı danışıb: "Kiyevə hücum zamanı, Solomensk rayonunda, həkimlərin zərərçəkənlərə yardım göstərdiyi evdə 62 yaşlı ABŞ vətəndaşı ölüb. Həkimlər klinik ölümü - bioloji ölümü təsdiqləyiblər".
“AzPolitika.info”


Şərhlər