Menu

ABŞ və Britaniya Yaxın Şərqə hərbi qüvvə cəmləşdirir – "Rejimin aqibəti yaxın günlərdə aydınlaşacaq"

17.06.2025, 23:22
ABŞ və Britaniya Yaxın Şərqə hərbi qüvvə cəmləşdirir – "Rejimin aqibəti yaxın günlərdə aydınlaşacaq"

Hərbi ekspert Aqil Rüstəmzadə bildirib ki, ABŞ artıq Yaxın Şərqə qırıcı təyyarələr göndərməyə başlayıb. Bu addımın ardınca Böyük Britaniya da bölgədəki hərbi mövcudluğunu artırmaq istiqamətində praktiki tədbirlər görür.

Ekspert qeyd edir ki, bu prosesin arxasında yalnız İsrailin müdafiəsini gücləndirmək məqsədi dayanır, yoxsa “kollektiv Qərb” İranın molla rejimini hərbi yolla devirməyi qərara alıb – bunu qarşıdakı 3-7 gün ərzində döyüşlərin gedişi müəyyən edəcək.

Rüstəmzadənin sözlərinə görə, artıq bölgəyə göndərilən F-35 qırıcılarının havada gecə yanacaqla təchiz edilməsi də əməliyyatların miqyasının genişlənəcəyinə işarədir. Bu isə o deməkdir ki, Qərbin hərbi müdaxiləsi yalnız müdafiə xarakterli deyil, həm də mümkün hücum əməliyyatlarının ilk mərhələsi ola bilər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol