İran təhlükəsizlik qüvvələri İsrail xüsusi xidmət orqanı MOSSAD-ın əməkdaşını həbs edib.
"AzPolitika" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, saxlanılan şəxs tutulduğu anda cibində gizlətdiyi siyanur həbindən istifadə edərək həyatına son qoymağa çalışıb. O, həbi çeynəməyə çalışsa da, təhlükəsizlik əməkdaşlarının çevik müdaxiləsi nəticəsində bu cəhdin qarşısı alınıb.
Hadisənin görüntüləri yerli mediada yayımlanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hazırda saxlanılan şəxsin istintaqı davam etdirilir.


Şərhlər