Xəbər verdiyimiz kimi, İran ilk dəfə İsrail torpaqlarına “Sacil” ballistik raketi atıb.
“Qafqazinfo”nun məlumatına görə, İran istehsalı olan bu silahın qiyməti 10 milyon dollardır.
O, maye yanacaqla işləyən “Şahab” ballistik raketlərinin əvəzedicisi kimi bilinir.
Kompozit bərk yanacaqla çalışan “Sacil” “Şahab-3” ortamənzilli ballistik raketindən fərqli olaraq, dəyişən bucaq altında buraxıla bilər.
Hündürlüyü 25 metr olan bu raketin adı farscadan “yetişən çiçək” mənasını verir ki, bu da raketin səmada buraxdığı izlərlə bağlıdır.
İranın hərbi ekspertlərinin fikrincə, bu raket İsrailin hücum etməyə çalışdığı nüvə məntəqəsi (red.- Natzan) ilə Təl-Əviv arasındakı məsafəni 7 dəqiqə ərzində qət edə bilir. 2000 kilometr uçuş məsafəsinə malikdir.
O, məsafə qət etməsindəki sürətinə görə İran və dünyanın ən sürətli raketlərindən biri sayılır.
SEPAH bildirir ki, “yer-yer” tipli bu raket ikimərhələli sturuktura malikdir. Onun ilk sınaq prosesi 2008-ci ildə həyata keçirilib.






Şərhlər
Adekvat-ədalət zəkalı üçün deyiblər: Sən say! Bir-gör(əcəksən) fəlakət nə sarıyırmış? Azad Ədalət hüquq dünya aləminin gözləri önündə İsrail və ABŞ hakimiyyətlər bir neçə gündür aşkarca İranı Hərblə məhv-təslim həmlələrinə davam edirlər? Üstün-güclü (Aparıcı) tərəfə *Dur!?* deyən yox, deyəcək də görünmür-səslənmir?
İran istehsalı raketin adı "Siccil"dir. Ərəbcə sözdür, Qurani- kərimdə 3 surədə siccil sözü işlənmişdir: Hud surəsinin 82-ci, Hicr surəsinin 74-cü və Fil surəsinin 4-cü ayəsində. Mənasi "qurumuş gil parçası, kəsək" şəklindədir. Əfsanəvi əbabillərin Kəbəni yıxmağa gəlmiş Əbrəhənin fillərdən ibarət qoşunlarına atdıqları ölümcül kəsəklər "siccil" adlandırılmışdır. İranlılar da ona görə raketə bu adı veriblər.