Xəbər verildiyi kimi, Qaxın icra başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi DTX tərəfindən saxlanılıb. Hələlik bununla bağlı rəsmi məlumat verilməsə də, əksər mənbələr xəbəri təsdiqləyir və yaxın zamanda rəsmi məlumatın yayılacağı gözlənilir. Təcrübə göstərir ki, belə həbslər korrupsiya faktları ilə bağlı olur və bu halda da eyni mənzərəni müşahidə edəcəyimiz şübhə doğurmur…
Məlumat üçün bildirək ki, 1959-cu ildə Qax rayonunda anadan olan Şəkiliyev uzun illər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi vəzifəsini daşıyan, Azərbaycanın ən varlı oliqarx məmurlarından hesab edilən Əhməd Əhmədzadənin xalası oğludur. Qeyd edək ki, Əhmədzadə həm də Azərbaycan Mərkəzi Bankının keçmiş sədri Elman Rüstəmovun qudasıdır…
O, 1976-cı - 1981-ci ildə illərdə Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb.
Hələ 2010-cu ildən Qaxın icra başçısı vəzifəsini daşıyan Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi kimi başlayıb. 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Şübhə yoxdur ki, Şəkiliyevin karyerasının irəliləməsinin əsas “lokomotivi” və onun əsas himayədarı xalası oğlu Əhməd Əhmədzadə olub. Bəlkə də məhz Əhmədzadəyə arxayın olaraq bu gün onu həbsə aparan əməllərə yol verib…
Yeri gəlmişkən, Qaxla qonşu olan Zaqatala rayonunun icra başçısı da Əhmədzadənin doğma qardaşı Mübariz Əhmədzadədir. Xalası oğlu Şəkiliyevdən əvvəl Qaxa bir neçə il o rəhbərlik edib.
Ümumiyyətlə, Qax-Zaqatala zonasının Əhmədzadələrin “oylağı” olduğu çoxdan məlumdur və bu, heç kimə sirr deyil. Lakin belə görünür ki, bu “eraya” son qoyulur və istisna etmək olmaz ki, məsələ yalnız Şəkiliyevin həbsilə yekunlaşmayacaq…
“AzPolitika.info”

Şərhlər
Belə də olmalı idi saq olsun onu tutanda belə ölkədə yaşayırıq sözümüzü deməyə qoymurlar nə qədər susmalıdı mıllət
Məncə, Şəkiliyev Əhmədzadələrin heç filialı da ola bilməz, əsas lider Əhməd Əhmədzadə, sonra qardaşı və nəhayət Şəkiliyev, yəni sıralama belə olmalıdır...
Təccüblü gəlmədi. Təbii ki, Azərbaycandakı mövcud urallara görə, başçı hansısa iri məmurun qohumu olmalıdır. Bu Azərbaycanda Aksiomadır. Qabiliyyət, savad, kimsəsizlik önemli deyil. Kalça olsun amma Əhmədzadələrin qohumu olsun. İkincisi və ən önəmlisi. yüksək postlardakı məmurlar beş ildən bir dəyişməli, yerlərinə yeni kadrlar atanmalıdır. Bizdə isə 15-25 il arasında kadrlar kök salırlar, varlanırlar, bax beləcə şişirlər, harınlayırlar sonra da çıxarılırlar. Özü də bax beləcə rüsvaycasına. Bu baxımdan Azərbaycanda mövcud kadr siyasəti yanlışdır.
qardasida Zakatalani dagidir ehmed ehmedzadenin hormetli DTX xais edirik Zakatalayada sefer edin Allah sizi qorusun DTX Azerbaycanin fexridir.Bilirsiz baxin gorun bir musbet rey varmi bu icra polis eyeletlerdeki memurrlar insanlari o qeder incidir ki vetendas iyrenib bunlardan bu qeder edaletsizlik olarmi polis icra bu milletde yaziginiz gelsin bu milletde sizin milletinizdir
Şəkini İcra Hakimiyyəti "Qocalar Evi"ni xatırladır. Bir müəllimin 65 yaşa çatan kimi işdən azad edirlər,ancaq İcra başçısı elxan Usubov pensiyaya çıxmasına baxmayaraq. onu işdən azad etmirlər...? O cümlədən pensiyaya çıxan işçiləridə qalıb işləyirlər, deməli qanun onlara şamil ounmur. Ölkəmizdə sosial narazııqları yaradanarda yerində olmayan məmurlardır... Şəki yolunuzu gözləyir cənab DTX !
Şəkinin icra başçısı elxan usubov 15 ildir ki başçıdır. onun birinci müavini həsən həsənov 28 il birinci müavin vəzifəsində işləyib, ta 70 yaşına kimi. İndi də onu ictimai şuranın sədri təyin ediblər. Görün Şəki nə gündədir. Bütün kadrlar həsənin və elxana məxsusdur. Şəkiyə gəlin !
Tək buralarda belə deyil ki! ....
Hoppalara aparıblar meşəbəyini...
ŞREK də belə getdi hoppalara. Sağ əli qonşularının başına.
15 il ?? derdeee ,,, beleleri coxdu
15 ildi rusvet almirdi bu il almaga baslamisdi ki yaziq onu da tutdular
DTX sizdən xahiş edirik yolunuzu Şəki İcra Hakimiyyətinə salın ! Şəki əldən gedib, Şəkini tam özəlləşdiriblər Elxan UsubovlA onun birinci müavini Həsən Həsəov, Bələdiyyədən tutmuş İcra nümayəndələri oların yaxın qohum- qardaşlarıdır. 70 yaşında işdən azad olunan birinci müavin 28-ildən sonra kreslonu təhvil versədə, yenədə iki gündən bir İcra Hakimiyyətinə gəib baş kəçir və onu İctimai Şuranın yenidən sədri təyin ediblər.. Fikirləşmirlər ki, onların özlərinə nəzarət lazımdır. Şəki İcra Hakimiyyəti Qocalar evini xatıradır, PA göz yumur!
Xaloglular Respublikasi
Xaloglu bu işi belə qoymaz. Çox keçnəzki, azadliga qovuşturar qohumunu. Analoqu olmayan qudalar ölkəsi.
15 il bir icra başçısı vezirde olarsa bu da olacak.