Prezidenti Donald Trampın İrana guya iki həftə vaxt verməsinə baxmayaraq, bu gecə ABŞ Hərbi Hava Qüvvələri İrana kütləvi zərbələr endirib.
“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın İranın üç nüvə obyektinə uğurlu zərbə endirdiyini bəyan edib.
Trampın sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İranın Fordo bölgəsindəki nüvə obyektini bombalayıb. O, ABŞ Hərbi Hava Qüvvələrinin İrana zərbə endirməsindən sonra Tehranı sülhə çağırıb: “Bu, ABŞ, İsrail və dünya üçün tarixi bir andır. İran müharibəni indi bitirməyə razı olmalıdır... İranın Fordodakı nüvə obyekti tamamilə məhv edilib. Əgər iranlılar dərhal dayanıb barışmasalar, biz onları yenidən vuracağıq".
“Axios” nəşri İsrail rəsmisinə istinadla xəbər verir ki, Tramp administrasiyası ABŞ-nin İrana gözlənilən zərbəsi barədə İsraili əvvəlcədən məlumatlandırıb.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, Tramp və Netanyahu ABŞ-nin İran obyektlərinə hücumundan bir neçə saat əvvəl telefon danışığı aparıb.
ABŞ Hərbi Hava Qüvvələri İranın Qum şəhərinə də hücum edib. Bununla belə, “Fox News” xəbər verir ki, bu hücum əsas hücum deyil və məqsəd diqqəti nüvə obyektlərinə əsas zərbədən yayındırmaq olub.
İsrail hökumətinin bəyanatında ABŞ-nin İranın nüvə proqramına ölümcül zərbə vurduğu qeyd edilib: “Nüvə silahı istehsalı üçün nəzərdə tutulmuş bütün nüvə obyektləri tamamilə məhv edilib”.
“Fox News” xəbər verir ki, ABŞ İranın yer altındakı Fordo nüvə obyektinə 5-6 bunker bombası, həmçinin İsfahan və Natanzdakı nüvə obyektlərinə 30 “Tomaqavk” raketi atıb.
ABŞ kəşfiyyatının hesablamalarına görə, İsrailin hücumları İranın nüvə proqramını yalnız altı aylıq poza bilib. İddia olunur ki, İsrailin növbəti zərbələri çətin ki, daha çox ziyan vura bilsin. Ona görə, ABŞ-nin bugünkü hücumları həm də bununla əlaqələndirir. Qeyd olunur ki, Amerikanın zərbələri daha ağır və əsaslı nəticələr verib.
İsrailin “Ynet” portalı xəbər verir ki, İran rəsmiləri Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin bombalandığını təsdiqləyiblər.
Ancaq onu da qeyd ediblər ki, İran Fordo nüvə obyektinin ABŞ-nin zərbəsindən əvvəl təxliyə edildiyini açıqlayıb.
Bu barədə İranın İslam Şurası Məclisi (parlament) sədrinin strateji məsələlər üzrə müşaviri Mehdi Məhəmmədi bildirib.
“İran artıq bir neçə gecə idi ki, Fordoya hücum gözləyirdi. Obyekt çoxdan təxliyə edilib və hücum nəticəsində də bərpaedilməz zərər almayıb. İki şey şübhəsizdir: birincisi, biliyi bombalamaq mümkün deyil, ikincisi, avantürist bu dəfə uduzacaq”, – o qeyd edib.
“AzPolitika.info”

Şərhlər
Bütün bu həngamələrdən dolayı Xameneyi gün sayır, özündən sonra varis seçiminə başlayıb belə, Rusiya isə bu soxa-soxda İrana teklif edib ki, vurulan nüvə obyektlətinin yenidən bərpasına hazırdır. . Hələ vurulan nüvə obyektlərinin regoon ölkələri üçün yaradacağı fəlakəti də demirik. Amerika on münlərlə km, okeanın o tayında, Xameneyinin də zatən yaşam limiti bitib. Belə yerdə deyirlər ey, ağam mənimlə məzələnir. Məzələnməsə, adama deyərlər elə sənlə mənə yaraşır. Ay kişi 3 ildən artıqdır batıb qalmısıan Ukraynanın çöllərində. Sen hələ bir özünə ağla, sonra gəl məmə teklif ver. O ki qaldı mənə, yəni İrana rejim 50 ilə yaxındı millətin boğazından kəsib, triliyonları verib yerin altında nüvə hazırlığına, güya atom bombası icad edəcəkmiş. Amma anlamadı ki, dünya "şeytana" bunu rəva bilməz. Necə də ki bilmədi. Yoxsa İranda sağlam və dünyəvi bir ikdidar olsa idi, neden de üretmesin. Bəzi əli ətə çatmayanlar isə, deyəcəklər İran müsəlman ölkəsidir də ondan. Bəs onda elədirsə qardaş Pakistanda niyə var. Hələ başqalarını da demirik. Nə isə allah İran camaaatının yardımçısı olsun və bir də nəhayyət də gerçəkləri görməsini nasib etsin. Ki, artıq kimin yanında durub, durmamalarını derk edib də, ona görə hərəkət etsinlər. Çünki, artıq zaman o zaman.
Bütün bu oyunlar pəhləvinin nəvəsini hakimiyətə gətirməkdir,axı bu nəvə yəhudi əsilli qızla evlənib,üstəlik həmin hədi nəslidə Trampın qızı ilə evlənib olublar quda,yəni Trampla Pəhləvi nəsli yəhudi əssililər vasitəsilə qudadırlar amma məsələ sadə deyil hörmətli Azpolitka istərdim siyasi şərhçilərdən soruşasınız bu qudalar irana sahib olsalar bölgədə vəziyyət nəcür olacaq.
Beynəlxalq Atom Agentliyi Qrossi, BMT Qutterreş ilə Sülh naminə ətraf aləmə üzunmüddətli təhlükə verəcək bu qərar və hadisənin ciddi mühakiməsinə çalışmalı deyillərmi?