Menu

BMT-nin Baş katibi ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələrini pislədi

22.06.2025, 07:37
BMT-nin Baş katibi ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələrini pislədi

BMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb.

“Report” xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə paylaşım edib.

“Mən bu gün Amerika Birləşmiş Ştatlarının İrana qarşı güc tətbiq etməsindən ciddi şəkildə narahatam. Bu, onsuz da gərgin olan bir bölgədə təhlükəli bir eskalasiya, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”, – Quterriş qeyd edib.

Onun sözlərinə görə, münaqişənin nəzarətdə çıxmasının riski artır ki, bu da dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Quterriş üzv dövlətləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb.

“Bu təhlükəli saatda xaosdan qaçınmaq çox vacibdir. Hərbi həll yolu yoxdur. Yeganə yol diplomatiyadır. Yeganə ümid sülhdür”, – dünya təşkilatının lideri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.

Şərhlər

Azad Dərkənar, BMT Bakı ofisi 2025-06-23 10:28:29

BMT Ədalət Məhkəməsi İsrail və ABŞın İrandakı son *əməliyyat qərarlarını* və dağıdıcı-məhvedici (qətlləri) hamısını ciddi mühakimə etməlidir. Digər halda nəinki Ağ Ev və Kreml Təl-Evev kimi daim-canlı Hərbi Alətlər də dünya nizamını müqavimətsiz pozma imkanında qalmış olurlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol