İran Qətərdəki Amerika bazalarına 10 raket və İraqdakı Amerika bazasına 1 raket atıb.
Bu barədə “Ynet” İsraildəki mənbəyə istinadən məlumat yayıb.
ABŞ-nin İraqdakı aviabazası maksimum hazırlıq vəziyyətinə gətirilib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Personala bunkerlərə sığınmaq əmri verildiyi bildirilir.
***
İran Qətərdəki ABŞ-nin əl-Udeyd bazasına qarşı hərbi əməliyyata başlayıb. Bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, əməliyyat "Qələbə xəbərləri" adlanır.
O da xəbər verilir ki, Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
"Axios"un məlumatına görə, İran Qətərdəki ABŞ hərbi bazaları istiqamətində 6 raket atıb.
ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələri fonunda ABŞ-nin ali rəhbərliyini təcili iclasa çağırıb.
Bu barədə "Fox News" məlumat yayıb.
“Donald Tramp Qətərin paytaxtında partlayışlar barədə məlumatları diqqətlə izləyir, yüksəkrütbəli şəxslərlə müşavirə keçirir”, – telekanal vurğulayıb.
***
İranın Qətərdəki ABŞ aviabazasına hücumu nəticəsində ölən və yaralanan yoxdur.
"Report"un xəbərinə görə, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl İranın Qətərin paytaxtı Dohanın cənub-qərbində ABŞ-ın Əl-Udeyd bazasına qarşı əməliyyata başladığı bildirilib.
İran ABŞ bazasına qarşı gözlənilən hücum barədə itkiləri minimuma endirmək üçün Qətəri xəbərdar edib.
Bu barədə “The New York Times”a iranlı mənbə bildirib.
Qəzetin həmsöhbəti vurğulayıb ki, Tehran üçün ABŞ obyektlərinə cavab zərbəsi endirmək vacib idi, lakin eyni zamanda bütün tərəflərə manevr üçün məkan və eskalasiyaya son qoymaq imkanı saxlamaq istəyirdi.

Şərhlər