Menu

GENERAL SƏRƏNCAMDAN TƏQAÜDƏ GÖNDƏRİLDİ - Heydərov əmr imzalayıb

25.06.2025, 22:00
GENERAL SƏRƏNCAMDAN TƏQAÜDƏ GÖNDƏRİLDİ - Heydərov əmr imzalayıb

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin sabiq rəisi general-mayor Məhərrəm Həsənov təqaüdə göndərilib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb.

Qeyd edək ki, bu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi Məhərrəm Həsənov vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü. Generalın FHN-də başqa bir quruma təyin olunma ehtimalı var idi. Amma Məhərrəm Həsənov öz istəyi ilə təqaüdə çıxıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol