Menu

Almaniya "DeepSeek"i "Apple Store" və "Google Play" platformalarından çıxarır

27.06.2025, 14:30
Almaniya "DeepSeek"i "Apple Store" və "Google Play" platformalarından çıxarır

Almaniya Çinə məxsus “DeepSeek” süni intellekt proqramını qadağan etmək istiqamətində addımlar atıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, bununla bağlı Almaniyanın Verilənlərin Təhlükəsizliyi İdarəsindən məlumat verilib.

Ətraflı “Almaniya DeepSeek süni intellekt proqramını "Apple" və "Google"-a məxsus axtarış sistemlərindən xaric etmək istiqamətində tədbirlər görüb. Çünki Çinin nəzarətində olan bu proqram verilənlərin qorunması siyasətinə ciddi xələl gətirir. 

DeepSeek bizə alman istifadəçilərin şəxsi məlumatlarının Avropa ölkələrində olduğu kimi, Çində də qorunacağına işarə edən heç bir zəmanət verməyib”-deyə məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol