Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.
XİN-dən daxil olan sənəddə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub.
"Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.

Şərhlər
xairic işlər nazirliyində avropa istiqamətində işələyən əksər rəhbərlər rusiyapərəstlərdirlər.
Bu XİN nə vaxta qədər Rusiya qarşısında bu qədər acizlik nümayiş etdirəcək?Bu nazirlik niyə millətin şərəf və qürurunu nəzərə almır? Yazır ki,basqın zamanı həmvətənlərimiz həlak olub. A kişi, həlak olub nədir? Müharibə zad deyildi ki, həlak ola. Niyə olduğu kimi demirsən? Kimdən qorxursan? Niyə demirsən ki, vətəndaşlarımız öldürülüb. Vəhşicəsinə qətlə yetirilib? Nə vaxta qədər rusla bu ritorika ilə danışacaqsız? Türk nazirlərdən dərs götürün. Gedin kurs keçin.

Bunun adı zorakılıq deyil, bunun adı soyqırıma cəhddir.Əli yalın, heç bir müqavimət göstərməyən sivil insanlarla terrorçu tuturmuş kimi davranmaq Rusiyanın nə qədər qorxaq və qəzəbli olduğunu əks etdirir. Bu cür ayı hərəkətləri dövlət ərkanına sığımır. Hər şey Kremlin gözü qarşısında baş verir.Bu batmq üzrə olan ölkənin gücü ancaq sivillərə çatır. Baxın, onlar bizi öldürür, sərnişin təyyarələrimizi vurur, dinc həmvətənlərimizlə vəhşi kimi davranır. Bizsə onları hələ də İran təhlükəsindən qoruyub təxliyə edirik. Sanki belə bir öhdəliyimiz var. Mən sərhəd keçid məntəqəsində işləsəydim bəli onları öz ölkəmdən təxliyə edərdim. Amma necə. Anasından əmdiyi südü bunundan gətirəndən sonra. Aparıb ona o dünyanı göstərib-gəzdirib qaytarandan sonra. Onları dəvəni iynə deşiyindən keçirən kimi ölkəmin sərhəddindən keçirərdim. İşimi itirmək isə heç umurumda da olmazdı.