Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

"AzPolitika" "Unikal"-a istinadla xəbər verir ki, bu vəzifəyə Fərid Əsgərov təyin edilib.

Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi.

“Gününsəsi.info”-nun məlumatına görə isə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Ölkə başçısı onu yüksək vəzifəyə təyin edib. 

Belə ki, Bəylər Eyyubov bundan sonra Prezident Katibliyinin rəisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, general Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.

16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Bu ilin martında onun 74 yaşı tamam olub.

“AzPolitika.info”