Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi Fərid Əsgərova “general-mayor” ali hərbi rütbəsi verilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu barədə Azərbaycan Karate Federasiyası da məlumat yayıb: “Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə layiq görülməsi münasibətilə onu təbrik edir, bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”.

***

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

Bu vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.

O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunduğu general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.

Qeyd edək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.

Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.

Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.