Menu

Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev

30.06.2025, 22:56
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Tehranın nüvə proqramı ilə bağlı razılaşma üçün İranla müzakirələri davam etdirir.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ lideri Donald Tramp İran hakimiyyəti ilə əlaqə saxlamayıb: “Xüsusi elçimiz Stiven iranlılarla həm birbaşa, həm də vasitəçilərlə əlaqə saxlayır. Bu əlaqə davam edir. Prezident Donald Tramp isə İranla danışmayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol