Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində bu səhər saatlarında genişmiqyaslı  korrupsiya əməliyyatı həyata keçirilib. İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi, İzmir Respublika Baş Prokurorluğunun koordinasiyası ilə əməliyyata start verib.

Əldə olunan ilkin məlumata görə, ümumilikdə 157 nəfər barəsində həbs qərarı çıxarılıb, onlardan təxminən 120 nəfəri saxlanılıb. Saxlanılanlar arasında CHP-dən olan sabiq İzmir Böyükşəhər Bələdiyyə sədri Tunç Soyer və CHP İzmir İl başqanı Şenol Aslanoğlu da var.

İzmir Böyükşəhər Bələdiyyəsində İZBETON və ona tabe olan subpodratçı şirkətlər vasitəsilə həyata keçirilən korrupsiya faktları Daxili İşlər Nazirliyinin Müfəttiş Hesabatı və Mütəxəssis Rəyləri əsasında müəyyən edilib.

Məsələ ilə bağlı açıqlama verən CHP sədrinin müavini Murat Bakanın sözlərinə görə, saxlanılan şəxslərin barəsində irəli sürülən ittihamlar uzun müddətdir ictimai müzakirələrdə yer alıb və heç bir hüquqi yenilik daşımır. CHP həıbslərin siyasi olduğunu iddia edib.

Ancaq İzmir Cumhuriyyət  Baş Prokurorluğundən verilən məlumatda həbs edilən şəxslərin tenderlərə və öhdəliklərin yerinə yetirilməsinə müdaxilə, habelə dələduzluq kimi ağır cinayətlərdə ittiham edildiyi  bildirilib.

Gözaltına alınan şəxslər arasında İzmir və ətraf bölgələrin keçmiş və hazırkı yerli məmurları, eləcə də CHP-nin vəzifəli nümayəndələri yer alır. Onlardan bəziləri:

Tunç Soyer – İzmir Böyükşəhər Bələdiyyəsinin sabiq sədri

Şenol Aslanoğlu – CHP İzmir İl başqanı

Barış Karcı – İzmir Bələdiyyəsinin sabiq baş katibi

Heval Savaş Kaya – “İzbeton” şirkətinin sabiq rəhbəri

Ulaş Aydın – Manisa Bələdiyyəsi baş katibinin müavini

Engin Güzel – Buca Bələdiyyə sədrinin müavini

Özgür Ozan Yılmaz – İzmir Böyükşəhər Bələdiyyəsinin sabiq baş katib müavini

Çağlar Kalkan – İzmir Ticarət Palatasının Məclis üzvü

Gaffar Karadoğan – İzmir Bələdiyyəsinin Eşrefpaşa Xəstəxanası baş həkim müavini

Gürkan Erdoğan – “İzsu”nun baş direktoru

Mehmet Hanifi Mert Yılmaz – Bayraklı Bələdiyyəsi sədrinin müavini

Haydar İzgin – CHP Bornova Rayon Təşkilatının sədr müavini

Övünç Özgen – İzmir Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini

Fırat Erkol – CHP Ankara İl Başqanı Ümit Erkolun oğlu

Hazırda istintaqın detalları ictimaiyyətə açıqlanmayıb.

***

İzmir Böyük şəhər Bələdiyyəsinin sabiq sədri Tunc Soyer saxlanılıb.

Türkiyənn NTV telekanalı xəbər verir ki, o, İzmir prokurorluğunun korrupsiya işi üzrə başlatdığı istintaq çərçivəsində tutulub.

Eyni zamanda, Tunc Soyerdən başqa ümumilikdə 157 nəfərin saxlanılmasına dair qərar qəbul edilib.

Hazırda istintaq prosesi davam edir.