İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə Prezident Donald Tramp və digər yüksək rütbəli Amerika rəsmiləri ilə görüşmək üçün Vaşinqtona gedəcək. Səfərin gündəliyi və məqsədi hələ açıqlanmayıb.
İsrail və İran arasında 12 günlük müharibədə atəşkəsə nail olduqdan sonra isə Ağ Ev lideri Qəzzada İsrail və HƏMAS arasında 20 aydır davam edən qanlı savaşın da dayandırılması lazım olduğunu açıqlayıb. Ötən cümə günü Donald Tramp Qəzzada atəşkəsin bir neçə günə mümkün ola biləcəyini istisna etməyib.
Bu gün səhər saatlarında soyqrımçı İsrail ordusu Qəzzanın şimal və cənub bölgələrinə yenidən raket zərbələri endirib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, biri azyaşlı olmaqla iki məfər şəhid olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail rejimi bu günə qədər təxminən 56 500 dinc insanı qətlə yetirib.
“AzPolitika.info”


Şərhlər