Menu

Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması haqqında qərar verib

02.07.2025, 11:24
Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması haqqında qərar verib

İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılması haqqında qərar verib.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi təmin edilənə qədər agentlik əməkdaşlarının İrana girişi qadağan ediləcək.

O da qeyd edilib ki, gələcək qərarlar İranın Ali Milli Təhlükəsizlik Şurasının razılığından asılı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol