Menu

Günah Ukraynadadır? - “Bastrıkin və Kamran Əliyev problemin həllilə məşğuldur”

02.07.2025, 21:29
Günah Ukraynadadır? - “Bastrıkin və Kamran Əliyev problemin həllilə məşğuldur”

Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür. 

"AzPolitika" xəbər verir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“"Ukrayna odun üstünə yağ tökmək, Azərbaycan tərəfini emosional hərəkətləri davam etdirməyə təhrik etmək üçün əlindən gələni edəcək. Bunu proqnozlaşdırmaq çox asandı”, - o, qeyd edib.

Peskov iddia edib ki, Moskva Bakını təhdid etmir: “Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”.

Onun sözlərinə görə, hadisələrin kökündə guya “cinayətlərin, o cümlədən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin açılması istiqamətində görülən işlər” dayanır.

Peskov əlavə edib ki, Moskva və Bakı hazırda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Azərbaycanın Baş prokuroru Kamran Əliyev səviyyəsində problemli məsələləri müzakirə edirlər: “Hazırda İstintaq Komitəsinin sədri Bastrıkin Azərbaycanın baş prokuroru ilə daimi əlaqədədir. Bu təmaslar zamanı onlar problemli görünən məsələləri həll edirlər”.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2025-07-02 19:31:09

Ukrayna və döyülən,ölənlər günahkardılar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol