Menu

Kiyev Rusiyanın kütləvi hücumuna məruz qalıb - Onlarla raket və yüzlərlə PUA istifadə olunub

04.07.2025, 13:19
Kiyev Rusiyanın kütləvi hücumuna məruz qalıb - Onlarla raket və yüzlərlə PUA istifadə olunub

Ukraynanın paytaxtı Kiyev gecə boyunca ağır hava hücumuna məruz qalıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Telegram" üzərindən yaydığı açıqlamada, Rusiyanın Kiyevə qarşı genişmiqyaslı hava hücumu həyata keçirdiyini bildirib. Açıqlamada Rusiyanın 11 ədəd müxtəlif tipli ballistik və qanadlı raket, həmçinin 539 pilotsuz uçuş aparatı istifadə etdiyi qeyd olunub.

“Əsas hücum istiqaməti Ukraynanın paytaxtı Kiyev idi,” – deyə Baş Qərargahın məlumatında bildirilib. Hücum zamanı iki raketin və 476 PUA-nın zərərsizləşdirildiyi açıqlanıb.

Kiyev meri Vitali Kliçko "Telegram" hesabında paylaşdığı məlumatda hücum nəticəsində 23 nəfərin yaralandığını, onlardan 14-nün xəstəxanaya yerləşdirildiyini bildirib. Hücum zamanı 5 təcili tibbi yardım maşınına da ziyan dəyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol