Menu

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

04.07.2025, 15:53
Pezeşkian İlham Əliyevə təşəkkür etdi

“İƏT-in 17-ci sammitinə ev sahibliyi etdiyinizə görə, İlham Əliyev, sizə və Azərbaycan xalqına təşəkkür edirəm”.

Bunu İran Prezidenti Məsud Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

İran Prezidenti çıxışında cari ilin iyunun 13-də İsrail və İran arasında baş verən hərbi gərginliyə münasibət bildirib. Onun sözlərinə görə, iyunun 13-də İsrail İrana qarşı hücumlara başlayıb.

Pezeşkian qeyd edib ki, İran bu hücumlara cavab verib, bölgədə müharibənin baş verməsinin qarşısını alıb: “Bir çox qlobal təşkilatlar tərəfindən İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin son iclasında İrana qarşı hücumlara sərt mövqe nümayiş etdirilib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol