Ötən gün Azərbaycanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qayıtdıqdan sonra maraqlı bir açıqlama verib.
Pezeşkian yerli kanallardan birinə müsahibəsində deyib ki, bəziləri onu Azərbaycana səfər etməkdən çəkindirməyə çalışıblar.
"Mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma gördüyünüz kimi problemsiz gedib, problemsiz qayıtdım. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətimiz dostluq şəraitində keçdi. Türkiyə prezidenti ilə də çox yaxşı və konstruktiv söhbətimiz oldu. Pakistanın baş naziri ilə iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Ərdoğan İsraili və İrana hücumu kəskin şəkildə pislədi", -deyə Pezeşkian qeyd edib.
"AzPolitika.info"

Şərhlər