Azərbaycanlı müğənni Albina Pyakşeva Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva Facebook səhifəsində məlumat verib.
“Albina Pyakşeva (1993-cü il təvəllüdlü) Meksika və ABŞ sərhədində nəzarət-buraxılış məntəqəsini keçmək istəyərkən öldürülüb”, - məlumatda deyilir.
Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçıların “I am Jazzman” müsabiqəsinin finalçısı olub və “Səs Azərbaycan”da iştirak edib.
"AzPolitika.info"


Şərhlər