Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol kilsəsi və onun başçısı, bütün ermənilərin katolikosu II Qareginin yaxasını buraxmaq fikrində deyil. 

“AzPolitika” xəbər verir ki, baş katolikosu zina etməkdə, əxlaqsızlıqda günahlandıran Paşinyan bu gün səhər onu hədəf alan daha bir paylaşım edib. Baş nazir hesab edir ki, artıq dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilən keşişlər Baqrat Qalstanyan və Ajapaxyanı müdafiə edən II Qaregin də onların tayıdır:

“Əgər Ktriç Nersisyan(II Qaregin-red.) Qalstanyan və Ajapaxyanın həbsini qanunsuz hesab edirsə, o da yuxarıda adıçəkilən şəxslərin hərbi çevriliş etmək, insanları divarlar arasına salmaq və ölkədə xaos yaratmaq ideologiyasını və planlarını bölüşür. Vaqarşapat icmasının(Erməni Apostol Kilsəsinin-red.) heç bir ərazisi, hüquq-mühafizə orqanları üçün bağlı ola bilməz. Xüsusilə də nəzərə alınsa ki, Ktriçin və digər ayrı-ayrı şəxslərin sayəsində bu ərazilər zina üçün bağlı deyil”.

“AzPolitika.info”