Menu

İqtisadiyyat elmi üzrə ilk: UNEC jurnalı SCOPUS-da - FOTO

07.07.2025, 14:45
İqtisadiyyat elmi üzrə ilk: UNEC jurnalı SCOPUS-da - FOTO

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi fəaliyyət sahəsində növbəti mühüm uğura imza atıb.

UNEC-in elmi nəşrlərindən biri olan "Journal of Economic Sciences: Theory and Practice" jurnalı nüfuzlu SCOPUS elmi bazasında indekslənib.

Bu, son bir ildə UNEC-in SCOPUS-a daxil edilən ikinci elmi jurnalıdır. Xüsusilə vurğulamaq lazımdır ki, bununla UNEC Azərbaycanda ilkə imza atıb. Belə ki, "Journal of Economic Sciences: Theory and Practice" jurnalı iqtisadiyyat sahəsində Azərbaycanın SCOPUS-da indekslənən ilk jurnalıdır.

Jurnalın SCOPUS bazasında indekslənməsi elmi məqalələrin qlobal səviyyədə tanınması və qəbul edilməsinin, istinadlarının sayının artmasının bariz nümunəsi olmaqla yanaşı, UNEC tədqiqatçılarının qlobal elmi bazada daha fəal iştirakının və onların tədqiqatlarının keyfiyyətinin elmi standartlara uyğunluğunun beynəlxalq səviyyədə tanınmasıdır. Eyni zamanda bu nailiyyət son nəticədə qlobal elm məkanında UNEC-in tədqiqat univetsiteti kimi nüfuzunun artmasına ciddi təkan verəcək.

Şərhlər

Əliəddin 2025-07-07 15:53:51

Bu jurnalda, ümumən Azərbaycan elmi mühitindən yazıklan və beynəlxalq jurnallarda dərc olunan məqalələr dünya elminə hansı töhfələri verib? İnanmıram ki, kimsə bu suala cavab verə bilə. İqtisadçıların bi çoxunun məqalələrinə rast gəlmiş, konfranslarda çıxışlarını dinləmişəm. MƏDHİYYƏDƏN o tərəfə adlamayan təkrarçı sayıqlamalar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol