Menu

Nazirlik mədəniyyət klubları və mərkəzlərinin effektivliyini nəzərdən keçirir

11.07.2025, 10:46
Nazirlik mədəniyyət klubları və mərkəzlərinin effektivliyini nəzərdən keçirir

Hazırda Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki müəssisələrin fəaliyyət səmərəliliyinin artırılması məqsədilə genişmiqyaslı təhlil və qiymətləndirmə prosesi aparılır.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bu çərçivədə mədəniyyət mərkəzləri və klubların fəaliyyəti, onların yerli ictimaiyyətə təqdim etdiyi xidmətlər, mövcud resurslardan istifadə imkanları və əməkdaş heyətinin struktur effektivliyi kimi amillər nəzərdən keçirilir.

Qeyd edilib ki, hazırda heç bir mədəniyyət mərkəzinin və ya klubun fəaliyyətinin rəsmi şəkildə dayandırılması ilə bağlı qərar qəbul edilməyib: "Müvafiq müəssisələr öz fəaliyyətlərini davam etdirir".

Aparılan təhlillər və mümkün struktur dəyişiklikləri ilə bağlı hər hansı qərar qəbul olunacağı təqdirdə bu barədə ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol