Menu

"Gizlənəcək yerin yoxdur" - Qallant Xameneini ölümlə təhdid etdi

11.07.2025, 10:53
"Gizlənəcək yerin yoxdur" - Qallant Xameneini ölümlə təhdid etdi

İsrailin müdafiə naziri Yoav Qallant İranın ali dini lideri Ayətullah Əli Xameneini hədələyib.

Nazir bu açıqlamaları İsrail Hərbi Hava Qüvvələrinin pilot məzuniyyət mərasimində verib. 

Onun sözlərinə görə, bu mərasim İran rejiminə, xüsusilə Xameneiyə ünvanlanan bir mesajdır.

“İsrailin uzun qolu sizə Təhranda, Təbrizdə, İsfahanda və harada olursunuzsa-olun çatacaq. İsraili təhdid edib zərər verməyə çalışdığınız yerdə sizə cavab veriləcək. Gizlənəcək yerin yoxdur", -deyə o, qeyd edib.

Tədbirdə çıxış edən İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Eyal Zamir də 12 günlük müharibəyə toxunaraq bunları deyib:“Bu müharibə göstərdi ki, İsrail xalqı təhdid ediləndə birləşməyi, tədbirli, güclü və məsuliyyətlə hərəkət etməyi bacarır. Bu, həm özümüzə, həm də dünyaya sübut etdiyimiz bir an idi”.

İsrail Hərbi Hava Qüvvələrinin komandanı general Tomer Bar isə çıxışında İranın artıq prioritet təhlükəyə çevrildiyini bildirib:“1 800 kilometrlik məsafəni aşaraq, İranı üçüncü halqa təhdidindən birinci halqa səviyyəsinə gətirdik. Mübarizə hələ bitməyib. Lazım gəldikdə yenidən hərəkətə keçməyə hazırıq”.

"AzPolitika.info"

Şərhlər

Yazig millet 2025-07-11 13:42:13

Bu juhudlari qardashlariniz kimi reklam edirsiniz. Sizin nezernizce Israyil duz edir. Bele sionist yəhudiləri reklam etmeyin. Onlar muselmanin en boyuk dushmenleridir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol