Menu

Merts Rusiyadan 500 milyard tələb edir - “Əks halda, donmuş aktivlər qaytarılmayacaq”

11.07.2025, 11:13
Merts Rusiyadan 500 milyard tələb edir - “Əks halda, donmuş aktivlər qaytarılmayacaq”

Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Rusiya Ukraynaya genişmiqyaslı müharibə zamanı təqribən 500 milyard avro dəyərində itkilərə görə kompensasiya ödəməlidir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya kansleri bu barədə Romada keçirilən Ukraynanın Bərpası üzrə Konfransda danışıb.

Berlin Ukraynaya indiyə qədər vurulan zərərin təxminən 500 milyard avro olduğunu təxmin edir: “Rusiya bu maddi itkiləri kompensasiya etməlidir. Bu həyata keçirilməyənə qədər Rusiya dondurulmuş aktivlərinə çıxış əldə edə bilməz və bu, olmamalıdır".

Kanslerin sözlərinə görə, ilk növbədə Avropa İttifaqı ölkələrində yerləşən Rusiyanın yüz milyardlarla avro dəyərində dövlət aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Bu aktivlərdən əldə edilən gəlir, əvvəlki kimi, Ukraynaya dəstəyin təmin edilməsinə yönəldiləcək.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2025-07-11 11:58:09

Nəhayət ki, siyasət, liderləri qərarlarının nəticəsinə adekvat hələlik İqtisadi-maliyyə iddiasını təklif, ya rəsmən Ədalət mühakiməsinə təqdim edib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol