Menu

Qəzzada daha bir jurnalist həlak olub

11.07.2025, 12:50
Qəzzada daha bir jurnalist həlak olub

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həyatını itirib.

Qəzza Media Ofisindən verilən açıqlamada bildirilib ki, İsrailin Qəzza Səhrasının mərkəzində yerləşən Nusayrat Qaçqın düşərgəsinin qərbində həyata keçirdiyi hücum zamanı jurnalist Əhməd Selame Əbu Ayşə həlak olub.

Əbu Ayşənin Fələstin mətbuat orqanlarından “Fələstin Today” agentliyində müxbir və operator kimi çalışdığı qeyd olunub. Açıqlamada vurğulanır ki, Əbu Ayşə İsrailə aid pilotsuz uçuş aparatlarının Sevarihe bölgəsində yerləşən evinin qarşısında ona birbaşa hədəf seçilərək öldürülüb.

7 Oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza Səhrasına başladığı hücumlar zamanı öldürülən jurnalistlərin ümumi sayı 229-a çatıb. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol