Menu

"Böyük sürprizlər gözləyin" - Lavrov

11.07.2025, 13:12
"Böyük sürprizlər gözləyin" - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı, Dövlət Departamentinin rəhbəri Marko Rubio ilə söhbətinin təfərrüatlarını açıqlamaqdan imtina edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Cənub-Şərqi Asiya Dövlətləri Assosiyasiyasının forumunda iştirakının yekunları ilə bağlı mətbuat konfransı keçirən Rusiya XİN başçısı Rubio ilə danışıqlarının təfərrüatlarını açıqlamayıb.

“Mən Trampın sözləri ilə cavab vermək istəyirəm: “Mən sizə deyəcəyim budur. Böyük sürprizlər gözləyin". Böyük sürprizləri bilmirəm, amma şərh olunmayan şeylər var", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rubio ilə görüşdə Ukraynadakı vəziyyət müzakirə edilib və Vladimir Putinin əvvəllər, o cümlədən iyulun 3-də Donald Trampla söhbətində səsləndirdiyi mövqe təsdiqlənib.

Trampın Moskva və Pekini "bombalamağı" müzakirə etdiyi iddia edilən məlumata münasibət bildirən Lavrov "ciddi məsələləri müzakirə etdik" cavabı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol