Bölgəmizdə qanlı separatizmin və Rusiya təsirinin əsas “maşaları” olmuş Ermənistanın sabiq başçıları Robert Koçaryan və Serj Sarqsyan ən rəzil günlərini yaşamaqdadırlar. Onlar Ermənistanda təhqir olunur, barələrində cinayət işləri qaldırılır, həbsə atılır, məhkəmələrdə süründürülür və sair.
“AzPolitika” xəbər verir ki, Ermənistanın sabiq Prezidenti Robert Koçaryan Ermənistan parlamentinin hazırkı spikeri Alen Simonyana qarşı yeni məhkəmə iddiası qaldırıb.
Koçaryan Simonyandan “onun şərəf və ləyaqətini ləkələyən” yalan məlumatı təkzib etməyi və üzr istəməsini tələb edir.
Eks-prezidentin sözlərinə görə, onun barəsində yayılan məlumatlar yalan və əsassızdır, onun “şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna” xələl gətirir. O təkid edir ki, Simonyan həm Telegram-da, həm də Facebook səhifəsində üzrxahlıq yazsın.
Bu, artıq son bir ayda Koçaryanın Alen Simonyana qarşı qaldırdığı ikinci iddiadır.
İyunun 14-də Koçaryan Baş nazir Nikol Paşinyan və Alen Simonyana qarşı analoji iddia qaldıraraq, mənəvi zərərin ödənilməsini tələb edib. Koçaryan Paşinyandan təzminat olaraq 6 milyon dram (təxminən 15 min dollar), Simonyandan 9 milyon dram (təxminən 23,7 min dollar) tələb edir.
Belə görünür ki, on minlərlə insanın qətlinə, didərgin düşməsinə, qan-qadaya səbəb olan bu həşərat, olmayan şərəfini 15-20 min dollar civarında dəyərləndirir.
“AzPolitika.info”


Şərhlər