Menu

AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib

11.07.2025, 16:25
AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib

“Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanması qaydasını pozub.

Bu barədə Mərkəzi Banka (AMB) istinadən xəbər verir. Məlumata görə, AMB bununla bağlı monitorinq keçirib. Məlum olub ki, hər iki şirkət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə riayət etməyib.

AMB bunu nəzərə alaraq sığorta şirkətlərinə icrası məcburi sərəncam verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol