Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Ukrayna müharibəsində böyük bir hərbi hücum həyata keçiriləcəyini bildirib.
Bu barədə ABŞ-nin "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, Putin Trampa göndərdiyi mesajda 60 gün ərzində böyük hücum planlaşdırıldığını deyib.
Qeyd olunur ki, bu məlumatlar ABŞ və Qərb kəşfiyyat orqanları tərəfindən da ciddi şəkildə izlənir və analitiklər Putinin bu addımını Ukrayna müharibəsinin növbəti mərhələsi kimi qiymətləndirirlər.
Bununla yanaşı, nəşr yazır ki, Kremlin hərbi siyasətində dəyişikliklər, döyüş taktikalarında yeniliklər və yeni silahların istifadəsi də gözlənilir. Mütəxəssislər Rusiya ordusunun qarşıdakı aylarda daha böyük hücumlar üçün hazırlıqları artırdığını bildirir.
Ukrayna tərəfi isə bu planlar qarşısında ehtiyatlı olduğunu, müdafiə qüvvələrini gücləndirmək və beynəlxalq dəstəyin artırılması istiqamətində səylərini davam etdirdiyini bəyan edib.
"AzPolitika.info"

Şərhlər
Bu gün xəbər sayıtlarında Putinin son müsahibəsini oxudum Putin bu son çıxışında "Rusiya ya müstəqil və suveren olacaq, ya da ümumiyyətlə olmayacaq" deyir. Çox maraqlıdı. Putinin bu ifadəsindən belə çıxır ki, Rusiya bəyəm bu günə kimi müstəqil deyilimiş. Və bütün bu hoqqalar da Rusiyanın öz suverenliyinə qovuşması üçünümüş. Pəs vallah. Onun bu ifadəni işlətməsindən belə anlaşılır ki, ya həqiqətən də Rusiya müstəqil deyilmiş, ya da Putin artıq qafa sorunu yaşayır. İnanın bu sonuncu hal, yəni qafa məsələsi bir az əndişəli məsələdir və məhz ona görə də regoon dövlətləri bu ara Rusiya ilə bağlı siyasətlərində yanlışlıqlar varsa da düzəltməlidirlər. Bu elə bir haldır ki, bu adam özünü də yaxar, ətrafı da, hələ dünyanı da demirm. Rusiyanın atom silahlarının düymələıri bu qafanın sahibinin əlindədir ya, o baxımdan deyirəm. Ona görə də artıq Trampı da qınamayın. O da yəqin ki, ondakı bu halı sezməmiş deyil. Yoxsa nədən Putinlə bu qədər ehtiyatla davransın.