ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə son söhbəti zamanı Ukraynanın niyə Moskvanı vurmadığını soruşub.
“AzPolitika” xəbər verir ki, bunu tanınmış jurnalist Devid İqnatius “The Washington Post” nəşrində dərc etdirdiyi məqalədə Amerika siyasətindəki məlumatlı mənbələrə istinadla yazıb.
Onun yazdığına görə, Zelenski Trampın bu sualına cavabında deyib: “Bizə silah versəniz, edə bilərik”.
Tramp isə deyib ki, Ukrayna Putinə təzyiqi artırmaq üçün təkcə Moskvanı deyil, Sankt-Peterburqu da hədəf almalıdır.
David İqnatius mənbəyə istinadla həmçinin bildirib ki, Donald Tramp uzun mənzilli “Tomaqavk” qanadlı raketlərini də Ukraynaya ötürmək imkanını nəzərdən keçirir. O qeyd edib ki, ABŞ-nin İrandakı hədəfləri vurduğu “Tomaqavk”ların çatdırılması hələ cümə günü, iyulun 11-də müzakirə edilib. Lakin bu raketlər hələlik Ukrayna üçün son silah siyahısına daxil edilməyib. Jurnalist hesab edir ki, Trampa əlavə təsir rıçaqları lazım olarsa, bu raketlər daha sonra Ukraynaya verilə bilər.
Pentaqondakı mənbə isə bildirib ki, ABŞ Ukraynanın artıq malik olduğu ATACMS raketlərinin uçuş məsafəsi ilə bağlı məhdudiyyətləri aradan qaldıracaq. Bu addım Ukrayna hərbçilərinə əllərində olan 18 ATACMS raketindən tam məsafədə - 300 kilometrə qədər istifadə etməyə imkan verəcək. Bu, Moskva və ya Sankt-Peterburqdakı hədəfləri vurmaq üçün kifayət deyil, lakin Rusiya hərbi bazalarına və aerodromlarına zərbələr endirmək üçün kifayətdir. “Tomaqavk” raketləri isə Moskva və Sankt-Peterburqa çata bilir.
“AzPolitika.info”

Şərhlər
Görəsən Zelensi zərrə qədər düşünürmü ki, başda bu Tramp olmaqla bütün Qərbin onlara etdikləri silah yardımları Ukraynanın salamatlığı üçün deyil. Asla. Düşünsə bu görüşdə Trampın Moskovanı niyə vurmursan sualına,“Bizə silah versəniz, edə bilərik” deməzdi. Sanır ki, bu baş verəndə Putin də bunu qarşılıqsız qoyacaqdır. Bambılı hələ də başa düşmür ki, Amerikanın və Qerbin bu müharibdə bir hədəfi var o da Ukraynanı sonunadek qurbanlıq kimi qullanıb, Rusiyanı zəiflətmək. Ola bilsin bu gedişin uzanması Rusiyanı müəyyən qədər iqtisadi sıxıntılara, bəli sıxıntılara soxsun, Amma sonda Ukrayna tamamilə yox olacaq. Bu fikri 2022-ci ilin əvvəlində müharibə başlayandan dəfələrlə paylaşmalarımda bəyan etmişəm. Bəzilərinə xoş gəlməsə də belə. Amma zaman bizim nə qədər haqlı olduğumuzu sübut edir. Bir daha qeyd edirəm, Rusiyanın çöküşü SSRİ kimi içden olmalıdır. Bu isə yaxın tariximizdə görsənmir. Çünki, Rusiya vətəndaşı yeməyə kələmdən başqa heç nə tapmasada belə, Müharibə qonusunda hələ ki, Putindən heç də farklı bir şey düşünmür. Demək ki, sadəcə zaman.