Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın baş verib. Yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
Bu, 1976-cı il təvəllüdlü meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən məlumat verilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.


Şərhlər