Donald Trampın Vladimir Putinə 50 gün vaxt verməsilə bağlı bəyanatı müxtəlif dairələr tərəfindən fərqli yozulmaqdadır. Bir çoxları bu ultimatumu zəif və qeyri-ciddi qəbul edərkən, onu həlledici xəbərdarlıq kimi təqdim edənlər də var.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının əldə olunması üçün 50 günlük müddətlə bağlı bəyanatını şərh edərkən maraqlı fikir söyləyib.
Onun sözlərinə görə, bu müddətə məhəl qoyulmasa, Moskva üçün nəticələr son dərəcə ciddi ola bilər: “Putin və başqaları 51-ci gündə nə baş verəcəyini bilmək istəyirlərsə, mən onlara Ayətullaha (Xameneiyə-red.) zəng etməyi məsləhət görərdim”. “X” səhifəsində bu cür paylaşım edən tanınmış senator bununla da İranın ali lideri Əli Xamneiyə və İsrailin İrana son hücumuna işarə edib.
Senator həmçinin bildirib ki, ucuz rus neftini alan və bununla da “Putinin müharibə maşını”nı dəstəkləyən hansısa ölkənin nümayəndəsi olsaydı, Trampın bəyanatını çox ciddi qəbul edərdi.
Qrem Prezidentin NATO ölkələri tərəfindən sonradan Ukraynaya təhvil verilməsi üçün ABŞ-dən silah almaq təşəbbüsünü yüksək qiymətləndirib. O, bu mexanizmin elan edilməsi faktını “yaxşı xəbər” adlandırıb.
Bundan əlavə, senator Trampın Rusiya neftini almağa davam edən ölkələr üçün 100%-lik tariflərin tətbiqi ideyasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu cür tədbirlər Rusiyanı “ən ağrılı yerindən” vuracaq.
Xatırladaq ki, iyulun 14-də Donald Tramp demişdi ki, Rusiya 50 gün ərzində Ukrayna ilə sülhə razılıq verməlidir, əks halda ona və ticarət tərəfdaşlarına qarşı sərt iqtisadi tədbirlər, o cümlədən ikili sanksiyalar və 100%-lik tariflər tətbiq olunacaq. Mediada isə Trampın Volodimir Zelenskiyə Moskvanı və Peterburqu vurmağı təklif etdiyi, eləcə də ABŞ-nin Kiyevə uzaq mənzilli “Tomoqavk” raketləri verəcəyi barədə məlumatlar dərc edilib. Lakin Tramp bu məlumatları təkzib edib.
“AzPolitika.info”

Şərhlər
Sayın Erdoğan demişkən, eeeey Amerika sesiniz isti yerden çıxır. Yüz illərdir oturmiusunuz okeanın o tayında, bu biri qitelere gah barmaq sirkələyirsiniz, gah embardo qoyursunuz, gah da ultümatum verisrsiniz. Nədən, çünki 300 ildən artıqdır, torpağınızda heç bir münaqişə və müharibələr olmayıb. Ona göre de elə bilirəm artıq qaşınırsınız. Sanırsınız ki, dəli Putinin bu cür hərbə -zorbalarla ram edeceksiniz. Demək ki, Putini yaxşı tanımırsınız. O elə bir adamdır ki, ölüm anında belə dünya onun umurunda deyil. Onun üçün ambiciya və hikke, əcdadlarının regonal maraqları əsas şərtdir. Bunlar üçün öz milletinden bele vaz keçmeyə, yəni qırılmağa hazır olan bir şəıxsdir. Ona görə də inanın ki, bir azda hədd aşılsa artıq müharibəni və qırğınları öz ölkənizdə hiss edəcəksiniz. Nə yazıq ki, bundan da ən çox zərər çəkən, dünya və xüsusən də hər iki tərəfin gegonal dövlətləri olacaqdır. O da dövlətlər adlı bir şey qalacaqsa əgər. Ona görə də yaxşı olar ki, BMT təxirə salınmadan yığışıb, bambılı Trampla, dəli Putinin nə ilə oynadıqlarının farkında olmadıqlarını onlara başa salsın. Nə imiş, 51- ci gün Rusiya İran kimi bombalanacaqmış. Gerizekalılar. 12 gndə 46 ildir embarolarla boğduğunuz, İranı arxasında durduğunuz İsrailin əli ilə belə ram ede bilmediniz.
Müasir dünya aləmi və media savadsız qədim kütlədən ibarət deyil? Tükənən Yer kürəmizdə nəinki Hərbi təcavüz, hər bir silah istehsalı belə təbiətə və canlı aləmə qarşı vəhşi Cinayətdir! 1967ci ildən davam edən Təleviv-Fələstin münaqişəsinin həllsizliyi digər oxşar cinayətlərin qarşısının ciddi operativliklə alınmasını ədalət hüququ kimi Ehtiva etməkdədir!
Agentliyin həmsöhbətlərindən biri deyib: “Putin Trampla münasibətləri yüksək qiymətləndirir, lakin Rusiyanın maraqları daha vacibdir”.