Menu

Ermənistanda yeni nazir təyinatı – Paşinyan öz müşavirinə yüksək post verdi

16.07.2025, 13:05
Ermənistanda yeni nazir təyinatı – Paşinyan öz müşavirinə yüksək post verdi

Ermənistan Prezidenti Vahagn Xaçaturyan bu gün yeni kadr dəyişikliklərini təsdiqləyib. O, Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında ətraf mühit naziri Hakob Simidyanı vəzifədən azad edib və onun yerinə Hambardzum Matevosyanı təyin edib.

Bu barədə Prezidentin rəsmi saytında məlumat dərc olunub.

33 yaşlı Matevosyan iqtidardakı “Vətəndaş sazişi” partiyasının üzvüdür. Təyinatadək Baş nazirin baş müşaviri vəzifəsini tutub. O, bundan öncə Ermənistanın Baş nazirinin müavini və Armavir vilayətinin qubernatoru olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol