Rusiya Dumasında da azərbaycanlılara qarşı repressiyaları qızışdırmağa yönələn bəyanatlar çoxalır.
“AzPolitika” xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov sosial şəbəkədə yazıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun rəsmi müraciəti əsasında saxlanılıb.
Mironov həmçinin bildirib ki, müraciətinin əsas mövzusu – bütün Azərbaycan diasporunun yoxlanılmasıdır. Bu sıraya Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının (azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsusdur) yoxlanılması da daxildir. Mironov deyib ki, hazırda aparılamalı olan yoxlamaların nəticələrini gözləyir.
Xatırladaq ki, dünən Yekaterinburq məhkəməsi şəhərdəki Azərbaycan diasporunun rəhbərinin oğlu və vəkil Mütvalı Şıxlinskini sentyabrın 14-dək həbs edib. O, Mercedes-Benz G-Class (Gelendvagen) markalı avtomobillə xüsusi təyinatlı əsgəri vurmaqda ittiham olunur. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə saxlanılıb.
Ötən gün Moskvada Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.
“AzPolitika.info

Şərhlər
BU RUSİYA DÜZƏLƏN DEYİL.TARİXDƏ BELƏ ŞOVİNİST DÖVLƏT OLMAYIB.BUNLAR BİRİNÇİ NÖVBƏDƏ TÜRKÜN DÜŞMƏNİDİLƏR.SƏRT ÜZÜMÜZÜN GÖSDƏRMƏYİMİZİN TƏRƏFDARLYAM.QARŞILARINDAN QACDIQÇA AYAQLARI YER ALLR.
Belə baxanda bizə buda azdır, gedib çoxu Tatyana marusiyaların dalına girir pula görə oz ailəsin atır Azərbaycanda gedir guya bunlar kişidi işləyirlər ama coxusu əslində rus qadinlarla kef kayf edir ailələri isə burda əziyyət cəkir. Zor edir ruslar nə edirsə bizimkilərə. Biz nə qədər rusa yaltaq olacayiq yada avropa amerika oxşayacayiq azdi bizə cox olmalidi. Bir millətin dini bəlli deyilsə düz əməlli dili bəlli deyilsə dilimizdə rus ərəb fars hər millətin sozu var , tarixi qorunmursa, mədəniyyəti ondan bundan goturur oxşayirsa ona buna Belədə olmalidi əzilməlidi.
Millətin gərək ədəbi əxlaqi dini dili tarixi qorunsun öz sözun deyə bilsin. Yoxsa bizdə coxu dinin dilin ədəb əxlaqin əksəriyyəti dollara avroya manata görə dəyişirlər sosial şəbəkələrdən bəllidi halimiz . Ona gorədə əzilməlidi belə olan millət nə vaxt izzətli olariq özümüzə dinimizə Rəbbimizə guvənsək ədəbli əxlaqli yardım sevər pula satılmasaq tərəfimizi verməsək onda güclü olacayiq .
Bəs , 30 ildir niyə urus "milyard oğruları"nın yoxlanılmasını tələb etmirdin, kor idin?.. Deməli məsələ başqadır - hürdürürlər...
Bu adam, Azərbaycanda (Gəncədə) əsgərliyini çəkib, bir neçə dəfə Azərbaycana, o cümlədən də Gəncəyə gəlib, qulluğ elədiyi hərbi hissədə olub, Respublikamız və Millətimiz barədə xoş sözlər deyib, bəs indi nə oldu, ay Putinin çamadan daşıyanı, həmin millətik də, sənə, dövlətinə nə pisliyimiz keçdi?.. Təyyarəmizi vurdunuz, içindəki sərnişinlərin əksəriyyətini öldürdüz, nə bir üzr istədiniz, nə də kompensasiya ödədiniz. Bu qədər şərəfsizliyi, pisliyi edən siz, hələ bir bizi günahkar da çıxarırsınız, necə başa düşək???...Tarixən Rusiya qəsbkar, şovinist bir dövlət olmuşdur və bu indi də davam edir...