Menu

İŞİD-in liderlərindən biri öldürülüb

20.07.2025, 19:15
İŞİD-in liderlərindən biri öldürülüb

"İslam Dövləti" terror təşkilatınn (İŞİD) liderlərindən biri və onun köməkçisi İraq və Suriya sərhədində pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüb.

"Report" ISNA-ya istinadən xəbər verir ki, pilotsuz təyyarə İŞİD terrorçularının "ən nüfuzlu başçılarından biri"nin olduğu avtomobilə hücum edib.

Agentlik bildirir ki, söhbət İŞİD-in ən nüfuzlu liderlərindən birindən gedir.

"Bu qətl Suriyadakı terror qruplaşmaları arasında fikir ayrılıqlarının kəskinləşməsinin əlamətidir", - agentliyin mənbələri bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol